Uşaq və yeniyetmə otağı mebelləri həm rahatlıq, həm də təhlükəsizlik baxımından xüsusi seçim tələb edir. Bizim təqdim etdiyimiz mebel modelləri uşaqların ehtiyaclarına və otaqların ölçülərinə uyğun olaraq hazırlanır. Müasir dizaynlı çarpayılar, geniş saxlama imkanlı şkaflar, dərs masaları, kitab rəfləri və digər mebellər ilə uşağınızın otağını həm funksional, həm də zövqlü şəkildə qura bilərsiniz.
Mebellərimiz ekoloji cəhətdən təhlükəsiz materiallardan hazırlanır və uzunömürlüdür. İstər məktəbə yeni başlayan uşaqlar, istərsə də yeniyetmələr üçün zövqlü və rahat interyer yaratmaq bizim işimizdir.
Sifarişlə istənilən ölçüdə və rəngdə uşaq otağı mebellərini hazırlayırıq. Sərfəli qiymət, yüksək keyfiyyət və müasir dizayn bizim əsas üstünlüklərimizdir.